Mərhum Aygün Bəylərin müalicəsi ölkə rəhbərliyinin diqqət mərkəzində olub.
Yanvarın 6-da Ankarada müalicə olunduğu xəstəxanada vəfat edən Əmədar artist Aygün Bəylərin cənazəsi hazırda Ankaradan təyyarə ilə ölkəmizə gətirilir.
Qeyd edək ki, Aygün Bəylər uzun müddət idi onkoloji xəstəlikdən müalicə olunurdu.
Əməkdar artistin səhhəti ilə əladədar məsələlər ötən müddət ərzində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Fond tərəfindən nəzarətə götürülmüşdü və müalicəsinə zəruri dəstək göstərilirdi.
Müalicəsinə yerli həkimlərlə yanaşı, xarici mütəxəssislərin də cəlb olunduğu
Aygün Bəylər bir müddət əvvəl müvafiq müayinələrdən keçmək məqsədilə Türkiyəyə getmişdi. Lakin həkimlərin səylərinə baxmayaraq, Aygün Bəylərin səhhətində ağırlaşma baş vermiş və müğənninin həyatını xilas etmək mümkün olmamışdır.
Mədəniyyət Nazirliyi bir daha sənətkara Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbir diləyir.
Allah rəhmət eləsin!
Gununsesi.info