Aygün Bəylərin nəşi bu saatda Bakıya gətiriləcək - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, əməkdar artist Aygün Bəylər ötən gün Ankarada vəfat edib.

Gununsesi.info bildirir ki, Aygün Bəylərin prodüserinin qardaşı Zahid bəy teleqraf.com-a açıqlamasında əməkdar artistin nəşinin bu gün ölkəmizə gətiriləcəyini bildirib: “Aygün Bəylərin nəşi saat 16:00-da Ankaradan Bakıya gətiriləcək”.

Qeyd edək ki, Aygün Bəylər uzun sürən xəstəlikdən vəfat edib.

Gununsesi.info