Aygün Bəylərin sonuncu konsertinə ən böyük dəstəyi Kəmaləddin Heydərov edib

“Aygün Bəylər əsl sənətkar idi. Kəmaləddin Heydərov da bunu görüb və qiymətləndirmişdi. Onun sonuncu konsertinə Kəmaləddin müəllimin böyük dəstəyi olmuşdu. Biz bunu unutmarıq”.

 

Bunu Gununsesi.info-ya açıqlamasında vaxtsız vəfat edən əməkdar artist Aygün Bəylərin yaxınları mərhum sənətçinin vida mərasimində deyib.

 

Yaxınlarının sözlərinə görə, FHN rəhbəri sonuncu konsert üçün çoxsaylı biletlər alıb:

 

“Həmin biletləri FHN-də çalışan əməkdaşlara paylanmışdı. Onlar da sevə-sevə Aygün xanımı dinləmişdilər”.

 

Qeyd edək ki, mərhum sənətçimizin vida mərasiminə Kəmaləddin Heydərovun xanımı da qatılıb.

 

 

Şəbnəm

Gununsesi.info