Aygün Bəylərlə vida mərasimi başa çatdı - Yenilənib-FOTO

Mərhum Əməkdar artist Aygün Hümmətova (Bəylər) ilə vida mərasimi keçirilir.

Gununsesi.info xəbər verir ki, Səttar Bəhlulzadə adına Mədəniyyət evində keçirilən vida mərasimində A.Hümmətovanın yaxınları, sənət dostları və onu sevənlər iştirak edirlər.
***
 
Azərbaycanın Əməkdar artisti Aygün Bəylərlə (Hümmətova) vida mərasimi başa çatıb.
Gununsesi.info xəbər verir ki, Bakının Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evində təşkil olunan vidaya mərhumun ailə üzvləri, Mədəniyyət Nazirliyinin rəsmiləri, sənət adamları qatılıblar.
Çıxış edənlər Əməkdar artistlə bağlı xatirələrini bölüşüblər.
Bəstəkar Cavanşir Quliyev A.Bəylərin sənətə gəlməsindən danışıb. O deyib ki, A.Bəylərin ifasını qiymətləndirmək üçün ilk dəfə “Qaragilə” mahnısını oxumağını istəyib:
“Biz ilk dəfə görüşəndə dedi ki, mahnı oxumaq istəyirəm. Mən də həmişə müğənniləri “Qaragilə” mahnısı ilə yoxlayıram. Dedim, oxuya bilərsənmi? Cavab verdi ki, sözlərini yaxşı bilmirəm. Sözləri yazıb verdim, oxudu. Elə oxudu ki, dedim sənə kim deyib ki, oxuya bilmirsən? Beləcə Aygünün müğənnilik həyatı başladı”.
Xalq artisti Həmidə Ömərova mərhum Əməkdar artistin son konsertində iştirak etdiyini söyləyib:
 
“Aygün Bəylər çox sevincli idi. Elə bil ki, birinci dəfə oxuyurdu. O konserti çox böyük ustalıqla verdi. Biz onu çox sevirdik və hər zaman da sevəcəyik”.
Hazırda mərhumun nəşi dəfn edilmək üçün Suraxanı kənd qəbiristanlığına aparılır.