Aygün, Brilliant… – Məşhurların restoran ƏYLƏNCƏSİ GÜNDƏM OLDU  - VİDEO

  • By admin
  • 09 Mart 2021 11:12

Aylar sonra restoranda 8 Mart Qadınlar Günü münasibətilə konsert verən Xalq artisti Aygün Kazımova məkanda küsülü olduğu Xalq artisti Brilliant Dadaşova ilə qarşılaşıb.

Gununsesi.info xəbər verir ki, “Mənə elə baxma” mahnısını ifa edən ulduz Brilliant Dadaşovanın oğlu Cahad Hacıyevin əyləşdiyi masaya gəlib. O, ifaçının oğlu Cahadı qucaqladıqdan sonra Brillianta baxaraq “Mənə elə baxma” oxuyub. Sənətçi bu addımı ilə aralarındakı buzları əritməyə çalışıb. Daha sonra ulduzlar səhnədə rəqs edib.

Qeyd edək ki, sözügedən görüntüləri stilist Samiraldo lentə alıb.