İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında Xalq artisti Aygün Kazımovanın konserti keçirilib.
“Gununsesi” xəbər verir ki, o, “Aygün şou” adlı proqramda sevilən mahnılarını təqdim edib.
Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən proqramda məşhur müğənni səhnəni, həmçinin balacalarla bölüşüb.
Bu günə xüsusi olaraq hazırlanan şouda Aygün Kazımova 60-dan çox nağıl və film qəhrəmanının iştirakı, peşəkar rəqqasların müşayiəti ilə çıxış edib. Müğəninin illərdir sevilən mahnıları, eləcə də yeni repertuardan olan nəğmələri xüsusi hazırlanan kuklalar və rəqs nömrələrinin iştirakı ilə təqdim edilən şouda yeni çalar alıb.