Aykidoçularımız dünya yığmasının tərkibinə daxil edildi

  • By admin
  • 17 İyul 2022 09:15

Azərbaycan aykidoçuları ABŞ-ın Birmingem şəhərində keçirilən Dünya Oyunlarında uğurla çıxış ediblər.

Gununsesi.info “Azərbaycan Aykikay Aykido Klubları” İctimai Birliyinə (AAAKİB) istinadla xəbər verir ki, 100 ölkədən 3 min 600-dən çox atletin qatıldığı yarışda ölkəmizi Fəxri Qafarlı və Çingiz Məmmədov (hər ikisi 3-cü dan qara kəmər sahibi) təmsil ediblər.

Dünya Oyunlarına aykidoçularımız AAAKİB-nin də üzvü olduğu Beynəlxalq Aykido Federasiyasının (BAF) dəvəti ilə qatılıblar.

Yarışda təmsilçilərimiz 32 idmançıdan ibarət olan aykido üzrə dünya yığmasının heyətinə daxil olmağı bacarıblar.

Gununsesi.info