
İsrail mediası hərbi kəşfiyyat bölməsinin keçən il HƏMAS-ın hücum ehtimalı ilə bağlı dörd xəbərdarlıq məktubu göndərdiyini, lakin siyasi rəhbərliyin onlara məhəl qoymadığını açıqlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası KAN məlumat yayıb. “Ötən il Hərbi Kəşfiyyat Bölməsindən 4 xəbərdarlıq məktubu göndərilib ki, sonuncusu iyul ayında olub, lakin bu məktublara məhəl qoyulmayıb və siyasi səviyyədə şübhə ilə yanaşılıb”, – məlumatda bildirilib
Xəbərdə Hərbi Kəşfiyyat Bölməsinin Araşdırma Departamentinin rəhbəri briqada generalı Amit Saarın HƏMAS hücumlarından bir az əvvəl İsrailin baş naziri Binyamin Netanyahuya göndərməyi planlaşdırdığı məktubda “HƏMAS-ın genişmiqyaslı hücuma keçmə ehtimalına qarşı xəbərdarlıq etdiyi” qeyd edilib.
Hərbi Kəşfiyyat Birliyinin əldə etdiyi məlumata görə, məktubda “İran, HƏMAS və Hizbullah İsrailə hücum etmək üçün fürsət axtarır” xəbərdarlığı edilib.
Məktubda iddia edilib ki, “İran oxundakı yüksək səviyyəli fiqurlar İsrailə hücum və ölümcül ziyan vurmağın vaxtının gəldiyinə dair təzyiq edirlər”.
Saarın xəbərdarlıq məktubunu İsrail Hərbi Kəşfiyyat İdarəsinin rəisi Aharon Haliva və Baş Qərargah rəisi Herzi Haleviyə çatdırdığı, Saarın isə Netanyahuya məktubu göndərməsi barədə göstəriş verdiyi qeyd edilib.
Xəbərdə Saarın 7-8 oktyabr 2023-cü il tarixlərində yəhudi bayramından sonra Netanyahuya və nazirlər kabinetinə məktubunu göndərməyi planlaşdırdığı, lakin HƏMAS-ın hücumlarının daha əvvəl reallaşdığı bildirilib.
Gununsesi.info