Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən respublika ərazisində, magistral yollarda nişanlanma və xətlənmə işlərinə sərf olunacaq vəsaitin həcmi məlum olub.
Gununsesi.info İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Agentlik bununla bağlı “STP-Btech” şirkəti ilə iki nəhəng müqavilə bağlayıb.
Beləliklə, AYNA respublika ərazisində – magistral yollarda nişanlanma və xətlənmə işlərinə 45 milyon manat xərcləyəcək.













