Aynur Talıbova: “Erməniyə, gürcüyə payladınız, qurtardı?”

Aynur Talıbova: “Erməniyə, gürcüyə payladınız, qurtardı?”

Aynur

 

Tanınmış tele-jurnalist, bir çox uğurlu layihələrin müəllifi Aynur Talıbova Xırdalan şəhərində Qaz olmamasıyla bağlı Abşeron regional xidmətinə öz etirazını bildirib. Gununsesi.info-nun məlumatına görə, bu haqda xanım jurnlist sosial şəbəkədəki səhifəsində yazıb. “Abşeron regional xidmətə etdiyim zəngə cavab verən məsul şəxsin səsimi eşidən kimi verdiyi qısa və konkret cavab budur: “QAZ YOXDUR!” demaqoji: – Erməniyə, gürcüyə payladınız, qurtardı? – Aynur xnm, siz də? – ilk deyil, neçə aydan bəri davam edən vəziyyətdir… Sadəcə yoxluğunu ilk dəfə hiss elədim, çünki işim var… 3 gündür evdə oturmuşam. F1-ə görə bağlanan maşın və piyada yollara və küçələrə etiraz mıdır? yoo deyil….zatən etiraz eləsəm, kimin vecinə….boş yerə artistlik eləməyə dəyməz… Sadəcə əhalinin 1% belə F1 yarışlarından, F1 komanda adlarından, çempionluqlarından, əfsanələrindən xəbərdar deyil… M.Şumaxeri belə daha çox reklam roliklərindən tanıyır azərbaycanlılar ))) və onlardan sadəcə əlində F1 bileti olanlar şəhərdə sərbəst hərəkət etmək haqqında sahibdirlər. ) p.s. Nə indiyədək, nə də bundan sonra…. keçirilmiş və keçiriləcək yarışların heç birisinə… biletmi?”

Gülnaz Qənbərli

COMMENTS