Aysel Əlizadənin erotik şeirinə erotik cavab: "SOYUTMAQ İSTƏRƏM SƏNİ"

  • By admin
  • 04 Dekabr 2017 13:34

Aysel Əlizadənin erotik şeirinə cavab yazılıb.

Gununsesi.info xəbər verir ki, Elvin Novruzov yazdığı cavabı aktual.az-a göndərib. Həmin şeiri təqdim edirik:

Tutur əllərindən indi yad əllər,
Baxır gözlərinə indi özgələr.
Sənin gözlərində mənim əksim var.
Çox baxma, gözündə məni görərlər.
Öpdürmə dodağını,
Bir öpüşdə üç ad olmaz.
O öpüşdə heç dad olmaz.
Öpdürmə əllərini,
Əllərində bədənimin qoxusu.
İndi hopub əllərimin qoxusu
Daratdırma saçlarını.
Toxundurma bədəninə…
Bədəninin hər hissəsində mənim izim var
Kürəyində solub saralan öpüşlərimin izi kimi
soluram mən,
Bulud kimi doluram mən
Yağmaq istəyirəm saçlarına
Ordan axıb bədəninə
soyutmaq istərəm səni.
Gəl, yatağım bomboş durub…
Ayrıldığımız zaman sevişdiyimizdə
bədənindən axan tər izləri
yorğanımda durub hələ…
Ətrini ordan alıram.
Sənsiz artıq qocalıram…

Gununsesi.info