Uzun illər ANS-in məşhur verilişlərinin aparıcısı olmuş, tanınmış jurnalistı Aytən Səfərova bir illik fasilədən sonra jurnalist fəaliyyətinə geri dönüb. Gununsesi.info 1xəbər.com-a istinadən bildiri ki, Aytən Səfərova bundan sonra ATV Şirkətlər Qrupunda fəaliyyətini davam etdirəcək.
Bu haqda sayta ekskliziv açıqlama verən jurnalist bildirib ki, dinləyicilər onun səsini 106.3 FM dalğalarında eşidəcəklər: “Sentyabr ayından yeni layihə ilə dinləyiciləri sevindirəcəm. Möhtəşəm olacaq! Sürpriz olsun deyə xırdalıqları açıqlamaq istəmirəm. Amma sizi əmin edirəm ki, çox maraqlı olacaq. Səbirsizliklə dinləyicilərimlə görüşümü gözləyirəm!”- deyən Aytən Səfərova sevincini bizimlə bölüşdü.
Xatırladaq ki, A.Səfərova analıq məzuniyyəti səbəbi ilə ANS-dən ayrılmışdı və bir müddətdən sonra illərlə çalışdığı telekanalla birdəfəlik yollarını ayırdığı məlum olmuşdu. Ötən mövsüm yeni verilişlə efirə qayıdacağını desə də, proqramı yayımlanmadı.
Gülnaz Qənbərli