“Maşin”da keçmiş ANS TV-nin iki aparıcısı, hazırda ATV-də çalışan Aytən Səfərova və Mətanət Əliverdiyeva arasında qalmaqal yaşanıb.
Gununsesi.info xəbər verir ki, mübahisə aktyor Cavidan Novruza görə olub. Belə ki, Cavidan realiti şouda iştirakçılarla zarafat edib. Aytən isə aktyorun bu zarafatlarını qəbul etməyib və onlar arasında gərgin anlar yaşanıb.
Daha sonra Mətanət Əliverdiyeva C. Novruzu sakitləşdirməyə çalışıb və “Aytən kimdir ki, ona görə əsəbiləşirsən? O, ömür boyu ağzının danışığını bilməyib” – kimi ifadələr işlədib. Süjetdə səsləndirilən bu sözlərdən sonra Aytənlə Mətanət söz davasına çıxıb.
Mətanət həmkarına sərt sözlər deyib :“Burada ən pozitiv insanlardan mən və Cavidandır. Nə etməliyik? Mən burada şpaqat açıram, idman edirəm. Əcəb edirəm, pozitiv xanımam, kimə nə? 45 yaşımda bunu edirəm, sən də elə! Məni hövsələdən çıxartma.Mən belə qadınam. Kimə xoşdursa, baxsın, xoş deyilsə, xoş getsin!“
Gununsesi.info