Aytən Səfərovanın anasının səhhəti pisləşdi - FOTO

  • By admin
  • 29 Mart 2022 14:42

Aparıcı Aytən Səfərovanın anası Elmira Ələkbərovanın səhhəti pisləşib.

Publika.az-a açıqlama verən aparıcı bildirib ki, təcili şəkildə xəstəxanaya yerləşdirilən anası hazırda əməliyyatdadır.

“Anama görə dua edin, xahiş edirəm”, – A.Səfərova sosial mediada xəstəxanadan paylaşdığı fotoya qeyd edib.

Xatırladaq ki, Aytən Səfərovanın anası bir müddət əvvəl də ağır cərrahi əməliyyat keçirmişdi.

Gununsesi.info