“Azəbaycanda politoloq problemi var” - ƏFLATUN AMAŞOV

  • By admin
  • 28 Noyabr 2016 15:28
1435306349_eflatun-anmashov
Bu gün Azəbaycanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaiqşəsini  dünya birliyinə çadırılması istiqamətində  dərin təhlil etmə qabliyyətinə mailk politoloq problemi mövcuddur.
Bu fikri Gununsesi.info-ya Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Milli Məclisdə  təşkil olunan olunan “Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasın hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimatı, həmçinin cinayətkarların məsuliyyətə cəlb olunması ilə bağlı məsələyə mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, istər Xocalı soyqırımı olsun, istərsə də ümumilikdə Ermənistan-Azərbaycan münaqişəsinin Milli Məclisdə müzakirəsi əhəmiyyətli  məsələdir: “Xüsusən də  Azərbaycan torpaqlarında  beynəxlaq cinayətlər törədən şəxslərin  cinayət məsuliyyətinə cəlb olunması və belə cinayətlərin qarşısının alınması  taleyüklü  məsələlərdəndir”.
Millət vəkili hesab edir ki, burada əsas narahatedici məqam yerli və beynəlxalq  ictimaiyyətin yetərincə məlumatlandırlmamasındadır və bu sahədə problem var. “Azərbaycanda   məslələri kökündən və dərindən təhlil edən politoloq və analitik  qıtlığı mövcuddur. Belə bir problem var.Belə analitik və politoloqların sayı azdır”- deyə, millət vəkilivurğulayıb.
Millət vəkili deyib ki,  Milli Məclis aparatının inzibari və  hərbi qanunvericilik şəbəsinin müdiri Nizami Səfərovun beynəlxalq cinayətkarların məsuliyytə cəlb olunması  mexanizmi ilə bağlı  yetərinc geniş və  dolğun məlumat verdi. “Təklif edərdim ki, bununla bağlı jurnalistlər üçün də dəyiri masalar, seminarlar  təşkil olunsun və  onlar beynəlxalq cinayət törədən şəxslərin  hansı yolla  məsuliyyətə cəlb olunması barədə məlumatlandırılsın.  Bu tədbirlərə xarici dildə yazan jurnalistlər, xarici ölkələrin Azərbaycanda akredditasiya olunan KİV nümayəndələrinin də bu tədbirlərdə iştirakı  təmin olunmalıdır. Bir sözlə biz bu istiqamətdə dayanmadan  və hərtərəfli işləməliyik. Azərbaycandan xaricə gedən informasiyaların əksəriyyətini ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun törədən cinayətkarlar  barəsində olmalıdır”- deyə, Ə.Amavoş bildirib.
İndiki şəraitdə Azərbaycanın üzləşdiyi problemlər və bu problemlərin həll olunması barədə danışan millət vəkili deyib ki, indiki məqamda bunun kökündə bizim məğlun durumda olmağımızdır: “Ancaq Azərbaycan istənilən vasitədən istifadə edib torpaqlarını işğaldan azad edəcək, əminəm ki, o zaman torpaqlarımızda  hərbi cinayət törədən şəxslər də öz  layiqli cəzalarını alacaqlar. “Torpaqlar işğaldan azad olunduqdan sonra  beynəlxalq hüquq bizə cinayətkarların cəzalandırılmasına mane ola bilməz. Bunu üstüqndən xeyli zaman keçsə belə. Ona görə də hesab edirəm ki, biz bu istiqamətdə səylərimizi daha artırmalıyıq. Necə ki, indiyədək azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində işlərimiz davam edib, bu bir daha sürətləndirilməlidir. Necə ki, indiyə qədər aparılan fəaliyyət nəticəsində Xocalı soyqırımı bir sıra ölkələrdə tanınıb. Bu iş davam etdirilməli və  bacardığımız qədər beynəlxalq aləmin diqqətinə çatdırmalıyıq”.
Mürtəza
Gununsesi.info