Azər Qarabağ qazisindən üzr istədi - VİDEO

Aparıcı Azər Zahid gözdən əlil olan Qarabağ qazisi Amil Əliyevə dediyi sözlərə görə üzr istəyib.

Gununsesi.info xəbər verir ki, Amillə TikTok-da canlı yayıma çıxan aparıcı “Mən səndən dönə-dönə üzr istəyirəm” deyib.

HTML tutorial

Xatırladaq ki, Azər sosial şəbəkədə yayılmış videosunda Amil Əliyevə zərfin içərisində pulu verərkən “Onsuz da saya bilməyəcəksən” deyib. Bu isə sosial şəbəkələrdə etirazla qarşılanıb.

Gununsesi.info