Azərbaycan Əfqanıstana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Əfqanıstana başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Twitterində qeyd olunub.

“Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələ nəticəsində insan tələfatı və dağıntılar bizi dərindən kədərləndirir. Bu faciədə həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik”, – XİN bildirib.

Gununsesi.info