Azərbaycan əhalisinin sayı artıb

Azərbaycan əhalisinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən (DSK) Gununsesi.info-ya verilən məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 16376 nəfər və ya  0,2 faiz artaraq 2024-cü il iyun ayının 1-i vəziyyətinə  10197146 nəfərə çatıb.

Bildirilib ki, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

 

 

Gununsesi.info