“Azərbaycan 11-dən artıq QİÇS-ə yoluxmuş şəxs var” -Səhiyyə Nazirliyi

Azərbaycanda ilk dəfə İnsan İmmunçatışmazlığı Virusuna (İİV) yoluxma faktı 1987-ci ildə qeydə alınıb. 1987-ci ildən 2025-ci ilin ikinci rübünün sonunadək 11 058 nəfər Azərbaycan vətəndaşı Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində rəsmi qeydiyyata alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Günel Babayeva məlumat verib.

Onun sözlərinə görə, qeydiyyatda olan İİV-lə yaşayan şəxslərin 70 faizi kişilər, 30 faizi isə qadınlardır.

Məlumata görə, ölkədə 2006-cı ildən etibarən tətbiq olunan antiretrovirus müalicə proqramı çərçivəsində hazırda 10 mindən çox İİV-lə yaşayan şəxs daimi nəzarət və müalicə altındadır. Bildirilib ki, bu müalicə infeksiyanın inkişafının qarşısını almaqla yanaşı, virusun qanda müəyyən olunmayan səviyyəyədək enməsinə şərait yaradır və nəticədə yoluxduruculuq riski minimuma düşür.

 

Gununsesi.info