Azərbaycan 12-ci, Roman Saley 3-cü qızıl medalı qazandı

  • By admin
  • 03 Sentyabr 2021 14:25

Azərbaycan para-üzgüçüsü Roman Saley Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti qızıl medalını qazanıb.

Gununsesi.info-ın məlumatına görə, o, 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu, Azərbaycanın paralimpiadada 12-ci, Saleyin isə 3-cü qızıl medalı olub. O, daha əvvəl 100 metr məsafəyə sərbəst üsulla və 100 metr məsafəyə arxası üstə üzmədə birinci yeri tutub.

Gununsesi.info