Azərbaycan 200 manatlıq əsginas buraxa bilər

  • By admin
  • 19 Sentyabr 2017 20:38

manat_180215
Ola bilsin yüksək nominallı əsginasın buraxılmasına ehtiyac olsun. Amma bu, gələcəyin işidir.

Bunu Report-a Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Alim Quliyev deyib.

A.Quliyevin sözlərinə görə, 500 manatlıq əsginasın buraxılması ilə bağlı yayılan məlumatlar yanlışdır: “Bu, 200 manatlıq əsginas ola bilər. Amma bu barədə danışıqlar getmir”.

AMB rəsmisi Azərbaycanda manat qıtlığının olması ilə bağlı məlumatlara da aydınlıq gətirib: “Tədavüldə olan pul kütləsinin 50%-i qədər həmişə Mərkəzi Bankın strateji ehtiyatı var. Tədavüldəki nağd vəsait nə qədər qurtarsa da, ehtiyatlar növbəti sifarişə qədər kifayət edir”.

 

Gununsesi.info