Azərbaycan 218 milyon dollarlıq neft məhsulları ixrac edib

  • By admin
  • 17 Avqust 2016 10:54

neft

 

Bu iin yanvar-iyul aylarında Azərbaycan 921 738,09 ton həcmində neft məhsulları ixrac edib.

Gununsesi.info-nun Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda neft məhsullarının dəyəri 218,372 mln. dollar təşkil edib. Neft məhsullarının miqdarı ötən ilin müvafiq dövründən 30,65%, dəyəri isə 54,25% az olub.

Qeyd edək ki, xaricə göndərilən neft məhsulları Azərbaycanın ümumi ixracının 4,76%-ni təşkil edib.

 

Gununsesi.info