Azərbaycan 3,832 mlrd. kubmetr həcmində təbii qaz ixrac edib

  • By admin
  • 11 Avqust 2017 16:42

qaz

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 3,832 mlrd. kubmetr həcmində təbii qaz ixrac edib.

Gununsesi.info Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 dəfə çoxdur.

7 ay ərzində ixrac edilmiş “mavi yanacağ”ın dəyəri isə 669,182 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 5,9 dəfə çoxdur.

Hesabat dövründə təbii qaz ixracı ümumi ixracın 10,9%-i qədər olub.

Gununsesi.info