
Azərbaycan yaxın illərdə borclanmaya getmək niyyətindədir.
Gununsesi.info xəbər verir ki, martın 13-də Berlində Prezident İlham Əliyev Almaniyanın bəzi şirkətlərinin rəhbərləri ilə görüşündə bu barədə danışıb: “2030-cu il strategiyasına əsasən ölkəmizin qarşısında duran strateji hədəflərimiz üçün borc alacağıq və bu strategiyanın həyata keçirilməsi üçün toplayacağımız minimal məbləğ 40-50 milyard ABŞ dolları olacaq. Başqa sözlə, texnoloji keçidlə əlaqəli məsələlərlə bağlı borc almağa davam edəcəyik, eyni zamanda, gələcək iqtisadi planlarımızı əsas etibarilə öz ehtiyatlarımıza əsaslanaraq quracağıq”.
Maliyyə Nazirliyinin məlumatına görə, 2022-ci ilin əvvəlində Azərbaycanın birbaşa xarici dövlət borcu 8 milyard 135.7 milyon ABŞ dollarına (13 milyard 830.7 milyon manat) bərabər olub. Həmin tarixdə daxili borcu da nəzərə alanda bu, 16 milyard 899 milyon manata yüksəlib.
Şəbnəm
Gununsesi.info