Azərbaycan 5G texnologiyasına nə vaxt keçəcək? - AÇIQLAMA

  • By admin
  • 27 Noyabr 2017 21:32

Azərbaycanın telekommunikasiya bazarı 5G beşinci nəsil mobil rabitə standartına keçməyə hazırdır.

Bunu Çinin ən iri telekommunikasiya avadanlığı istehsalçısı ZTE şirkətinin vitse-prezidenti Yanq Cun deyib.

Onun sözlərinə görə, ZTE-nin növbəti 5-10 il ərzində başlıca istiqaməti 5G texnologiyanın inkişafına yönəldiləcək:

“Bu texnologiya geniş əhatə spektrinə malikdir. Biz Azərbaycanda operatorların 5G-nin tətbiqinə hazır olub-olmadığının hələ deyə bilmərik, amma istisna olunmur ki, bazarda bu texnologiyanın tətbiq olunacağı müəyyən sektorlar mövcuddur”.

Gununsesi.info