Azərbaycan 6 ay ərzində bütün qızıl ehtiyatlarını satıb  -  SENSASİON AÇIQLAMA

  • By admin
  • 03 Avqust 2017 13:48

qizil_esas_10

Ümumdünya Qızıl Şurası (World Gold Council) Azərbaycandakı qızıl ehtiyatı ilə bağlı sensasyon məlumat yayıb.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, beynəlxalq qurum Azərbaycan bu ilin fevral ayında rəsmi qızıl ehtiyatlarının geri qalan 18 tonunu da satıb.

Şuranın avqustun 1-də yenilədiyi dünya ölkələri üzrə rəsmi qızıl ehtiyatlarının statistikası hesabatına görə, Azərbaycan qlobal reytinqdə yer almayıb.

Qeyd edək ki, yanvar ayında Azərbaycan 18 ton rəsmi qızıl ehtiyatlarına sahib olub və qlobal reytinqdə 63-cü sırada yer alıb. Ümumdünya Qızıl Şurasının hesabatına görə, Azərbaycan rəsmi qızıl ehtiyatlarını 2016-cı ilin sentyabr ayından etibarən satmağa başlayıb. Belə ki, sentyabr ayında satış həcmi 1 ton, oktyabrda 4,2 ton, noyabrda 3 ton, dekabr 2 ton, cari ilin yanvarında 2 ton vəfevralda 18 ton təşkil edib. Yəni, Azərbaycan 6 ay ərzində bütün qızıl ehtiyatlarını satıb.

Maraqlıdır ki,  Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti  bir neçə gün öncə Gədəbəy qızıl filiz yatağında hasil edilmiş əmtəəlik qızıl İsveçrənin Cenevrəşəhərində saflaşdırıldıqdan sonra Azərbaycan hökumətinin mənfəət payı olan – 11655,2 troy unsiya (362,6 kiloqram) miqdarında növbəti partiya qızıl külçələrini qəbul edib.

Qızıl Azərbaycan Respublikası Mərkəzi Bankında yerləşdirildiyini iddia edirdi.

Bundan əvvəl həmin yataqdan hasil edilmiş Azərbaycan hökumətinin mənfəət payı olan -49158,6 troy unsiya (1529,1 kiloqram) miqdarında 999,9 əyarlı qızıl külçələr qəbul edilərək Mərkəzi Bankda saxlanca verilib. Ümumilikdə, Mərkəzi Bankda saxlancda olan Azərbaycan hökumətinə məxsus qızılın miqdarı 60813,8 troy unsiyaya (1891,7 kiloqrama) çatdırılıb. Onun bu günə bazar dəyəri 75,8 milyon ABŞ dolları təşkil edir.

Azərbaycan Dövlət Neft  Fondundan isə “reporta” bildiriblər ki, martın 10-da Ümumdünya QızılŞurasının Azərbaycanın qızıl ehtiyatlarını satması ilə bağlı yaydığı məlumatın doğru olmadığınıaçıqlayıb. ARDNF tərəfindən alınmış qızılın ümumi miqdarının 30,2 ton təşkil etdiyi bildirilib:“Alınmış qızıl Azərbaycana gətirilərək, saxlanması üçün Azərbaycan Mərkəzi Bankında yerləşdirilib.Ötən ildən etibarən qızılın ehtiyatda saxlanılması üçün AMB-nin xəzinəsindən hissə-hissə ARDNF-in xəzinəsinə köçürülməsinə başlanılıb. Fondun qızıl ehtiyatlarını satması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Hazırda Fond tərəfindən qızıl ehtiyatlarının satılması nəzərdə tutulmur”.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info