“Azərbaycan-ABŞ əlaqələri son 30 ildə uğurlu olub” - HİKMƏT HACIYEV

  • By admin
  • 01 Fevral 2022 20:53

“Azərbaycan-ABŞ əlaqələri son 30 ildə inkişaf, dostluq və tərəfdaşlıq baxımından uğurlu olub”.

Gununsesi.info xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Caspian Policy Center”in təşkil etdiyi “ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili” adlı vebinarda deyib.

H.Hacıyev qeyd edib ki, Azərbaycan 11 sentyabr terrorundan sonra ABŞ-ın başlatdığı mübarizədə hərbi və logistik dəstək göstərib:

“Azərbaycan son 30 ildə yaxşı dost olduğunu sübut edib. Öz növbəsində ABŞ-ın Azərbaycana dəstəyi ölkəmizin suverenliyi və müstəqilliyini gücləndirir. Bu dəstəyin regional təhlükəsizliyin vacib komponenti olduğu təsdiq edilib”.

Prezidentin köməkçisi, həmçinin Azərbaycanın ABŞ-a İraq və Əfqanıstandakı missiyalarında dəstəyini vurğulayıb.

 

 

Gununsesi.info