AZƏRBAYCAN ADLI QALAM VAR MƏNİM! - FOTOLAR

  • By admin
  • 05 İyun 2020 11:37

Azərbaycanın bərəkətli torpaqları, yeraltı və yerüstü sərvətləri yadelli qəsbkarların zaman-zaman bu ölkənin üzərinə qoşunlar yeritməsinə, bu diyarın qanlı savaş meydanına çevrilməsinə səbəb olub. Kəndlər, şəhərlər viran edilib, insanlar qılıncdan keçirilib, sərvətlərimiz talanıb, çapılıb. Ancaq ulu əcdadlarımız ruhdan düşməyib, qanları, canları bahasına təcavüzkara qarşı mübarizə aparıb, dağıdılmış yurd yerlərimizin xarabalıqları üzərində Azərbaycan yenidən dirçəlib, xalqımız öz varlığını qoruyub-saxlayıb və nəhayət dövlətimiz müstəqilliyini bərpa edərək günümüzədək gəlib çatıb. İndi Azərbaycan Respublikası dinamik sürətlə inkişaf edən güclü və qüdrətli dövlətə çevrilib, müstəqillik yollarında gələcəyə doğru inamla irəliləyir. Bu irəliləyiş isə tarixi köklərə sıx bağlıdır. Sözümün canı isə bu tarixin günümüzə qədər özünü çatdıran şahidləridir. Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada bir və bir neçə müdafiə tikilisi, möhtəşəm qala və qala bürclərinin divarlarının qalıqlarına rast gəlinməsin. Bu qalalar, istehkamlar mədəniyyət, memarlıq abidələri olmaqla yanaşı, həm də qəhrəmanlıq tariximizdən, xalqımızın mübarizliyindən, yenilməzliyindən soraq verən daş salnamələrimizdir.

 

“AZƏRBAYCAN QALALARI XALQIMIZIN YENİLMƏZLİK RƏMZİDİR”

Lakin buna baxmayaraq, bu qədər uzaq keçmişdən, uzun və taleyüklü yollardan keçərək günümüzə gəlib çatan mədəniyyət abidələrimiz, istehkam qalalarımızın bir neçəsi indi demək olar ki, dağılmaq, yox olmaq üzrədir.! “Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş əzəli Azərbaycan torpaqlarında milli-mədəni dəyərlərimiz qəddarcasına məhv edilir, qarət olunur, dağıdılır, erməniləşdirilir”. Hər dəfə təqdim etdiyim “Xəbərlər”-də bu cümləni ürək ağrısı ilə oxuyanda Şuşa kimi əvəzolunmaz qalamızın viran edilən qalaları, məhv edilən mədəniyyəti gözümün önünə gəlir.

Şamaxı,”Diribaba” türbəsi

 

Lakin çox-çox təəssüf hissi ilə qeyd edim ki, hələ gəzdiyim Bakıda və Şamxıda olan bəzi qala və mədəniyyət ocaqlarımızla tanış olmaq istədikdə, qarşılaşdığım mənzərə heç də işğal altında olan ərazilərimizdəki maddi-mədəniyyət mərkəzlərimizin vəziyyətindən geri qalmır.

“RAMANA QALASI”

Bir mətbuat işçisi olaraq bu abilərlərlə tanışlıqda məqsədim reportaj xarakterli çəkiliş idi. Öyünə-öyünə çəkiliş edib bizim belə tarixi qalalarımız var, demək istəyirdim… Lakin bu fikirlə yola çıxdığım mövzunu təəssüf hissi dolu cümlələr əvəz etdi… Öz içimizdə olan erməni xislətlilərin viran qoyduqları, xarabalığa çevirdikləri qalalarımızın hazırkı vəziyyəti düşünürəm ki, çox-çox az insanı maraqlandırır.

 

MƏRDƏKAN

 

…Çünki, baş çəkdiyim qalaların ətrafında olan yaşayış tikililəri və demək olar ki, tikililərin arasında itən qala görünür ki, heçkimin maraq dairəsində deyil… İlk öncə qəsəbə başcısı məsuliyyət daşıyır. Bilməlidir ki, tarixi bir qalanın yaşayış tikililəri arasında itməsi yolverilməzdir… Təbii ki, maraqlı olduqları tərəflər var…Bu.ş ayrıca bir mövzudur deyə, düşünürəm.. Nə isə. Qayıdaq mövzunun əsas qayəsinə… Qalanın üzərində “xala xətri qalmasın” deyə, vurulan lövhədəki “Dövlət tərəfindən qorunur” yazısını “yazanlar” isə açıq aşkar görünür ki, heç də dövlətin mənafeyini qorumaq fikrində deyil. Divardakı bu yazı nə qədər sadə görünsə də, bir o qədər də dövlətə xələl gətirəcək qədər ciddi bir yazıdır.!

Bizim dövlət tərəfindən qorunan V-VI əsrlərə aid tarixi tikililərimiz var. Hansı ki, bunların qorunması, bərpası, gələcək nəslə ötürülməsi üçün mühafizə olunması hər bir vətəndaşın başlıca borcudr. Bu təkcə hansısa dövlət qurumlarının və ya dövlətimizin başcısının üzərinə düşən vəzifə borcu deyil. Biz hansı sivilizasiyaya, mədəniyyətə mənsubluğundan asılı olmayaraq bəşəri dəyərləri hifz edərək bundan sonra da qorumalıyıq. Hamımıza məlumdur ki, atəşkəs elan olunmasına baxmayaraq, hazırda da müharibə şəraitində yaşayırıq. Bu dəyərlərimizin qorunmasına heç bir düşdüyümüz vəziyyət təsir etməməlidir. Bunu bizdən əcdadlarımız, ulularımız, eləcə də 14 may 1954-cü ildə qəbul edilmiş “Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında konvensiya”nın maddələri tələb edir və qarşımızda məsuliyyətli vəzifələr qoyur. Silahlı münaqişələr, həmçinin texnogen aşılanmalar nəticəsində hər hansı bir abidə təhlükə ilə üzləşərsə, dərhal aidiyyəti üzrə məlumat verilməli və həmin abidənin məhv edilməsinin qarşısı alınmalıdır.

 

“TARİXİ ABİDƏLƏR ƏCDADLARIMIZIN NƏSİLLƏRƏ ƏMANƏTİDİR.”

 

Tariximizi öyrənmədən sevmək, sevmədən onu qorumaq mümkün deyil. Mənfur düşmən bizim tariximizi mənimsəyərək, özününküləşdirməkdən belə çəkinmir. Misal olaraq göstərim ki, Kəlbəcərdən şərqdə, Ağdərə-Kəlbəcər magistral yolunun qırağındakı Bağlıpəyə kəndindən aşağı, yəni Ağdərə tərəfdə, Kəlbəcər rayonunun 29 kilometrliyində yerləşən qədim alban məbəd kompleksi olan “Xudavəng monastır kompleksi” hazırda ermənilər tərəfindən bərpa olunaraq tarixi saxtalaşdırılmaqdadır. Hətta bura göründüyü kimi, turist axını da olduqca intensivdir. Çünki, mənfur düşmən tariximizi saxtalaşdıraraq ilk öncə üstünlüyü onu özününkü olaraq təqdim etmək üçün təbliğatı daha üstün seçiblər. Necə deyərlər, “qalanı içindən fəth etmək lazımdır” ifadəsini görünür, əvvəldən qarşılarına məqsəd qoyublar.

 

ŞƏKİL 4. “XUDAVƏNG MONASTR KOMPLEKSİ”

 

 

…Bəs biz nə üçün sahiblənməməliyik? Bu sual hər zaman məni düşündürür və maraqlandırır… Mədəniyyət abidələrimizin, mədəniyyətimizin keşiyində dayanmaq, onu təbliğ etmək məqsədi ilə yaradılan hazırda isə başsız qalan mədəniyyət nazirliyimizin sənət əsəridir bu itməkdə olan uçulan, dağılan qalalarımız və hələ bilmədiyimiz neçə-neçə tarixi mədəniyyət nümunələrimiz… Bu qurumu təmsil edənlər hələ də dərk etmirlər ki, üzərlərində necə tarixi əhəmiyyətli bir vəzifə və tale yükü var…

 

Vətən müdafiəçiləri “Əlincə qalası”, “Oğlanqala”, “Cavanşir qalası”, “Bəlləbur qalası”, “Çıraqqala”, “Babək qalası”, “Ramana qalası”, “Mərdəkan qalası”, “Gələrsən-görərsən qalası”, “Koroğlu qalası” və digər qala abidələrinin təsvirlərinə maraqla tamaşa edib və hər bir qala haqqında ətraflı məlumatlar almaq istərdim bir vətəndaş olaraq. Lakin qarşılaşdığım mənzərələrdə nəinki qala haqqında məlumat heç qalanın girşinin hansı tərəfdən olduğunu belə tapa bilmirdim. O qədər bərbad bir vəziyyətdədirlər ki, gecəqondu olaraq içərisində hansısa bir səfilin yaşamasından əmin olun ki, heç bir kəsin xəbəri belə olmaz…

Bu yerdə Xudu Məmmədovun bayatısı yadıma düşür…

 

Bu qala bizim qala,

Həmişə bizim qala.

Tikmədim özüm qalam,

Tikdim ki, izim qala…

 

BƏS GÖRƏSƏN İZİMİZ QALCAQMI?..

 

Uzun sözün qısası… Ümid edək ki, vaxtı ilə XIV əsrin ortalarında III Böyük Mənuçöhrün oğlu I Axsitan tərəfindən düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılan Mərdəkan qalası bu şərəfli vəzifəsinə bir gün yenidən sahib olaraq zirvəsində 3 rəngli Azrərbaycan bayrağını dalğalandıracaq… Eləcə də, digər qalalarımız…

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

R.Bənənyarlı

Gununsesi.org