Azərbaycan aeroportlarında dəyişiklik edildi

  • By Mina
  • 03 Aprel 2024 14:23

Nazirlər Kabineti “Aeroportlarda (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan vəzifəli şəxslərinin Siyahısı”nın təsdiq edilməsi haqqında 29 oktyabr 2021-ci il tarixli qərarında dəyişiklik edib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, siyahıya ölkənin Təhlükəsizlik Şurası katibinin müavini əlavə olunub.

Gununsesi.info