“Etiraf etmək lazımdır ki, bu gün Avropa İttifaqına üzv olan heç də bütün ölkələr Cənubi Qafqazda məhz hansı formada təmsil olunmaq, regionda əməkdaşlıq əlaqələrinin qurulmasında hansı prioritetlərə əsaslanmaq kimi məsələlərdə ortaq mövqelərdən çıxış edə bilmirlər. Ermənipərəst qüvvələrin daha çox təsirinə məruz qalan Fransa hökuməti birmənalı olaraq anti-Azərbaycan siyasəti yürüdür və regionda gərginliyi artırmağa çalışır. Təkcə Ermənistanın silahlandırılması kimi, avantürist bir qərar artıq Fransanın Cənubi Qafqaz siyasətinin bu regionun ölkələri və xalqları üçün, o cümlədən ermənilər üçün yaxşı heç nə vəd etmədiyini açıq-aşkar göstərir.”
Gununsesi.info xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov KİV-ə açıqlamasında deyib.
Deputat bidirib ki, Prezident İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı bu məsələyə ətraflı toxunaraq, Fransanın və bu ölkənin əlində alətə çevrilmiş AŞPA-nın qərəzli və haqsız mövqelərinə dair fikirlərini bildirmişdir:
“Həqiqətən də, Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli heç bir addım atmayıb. Təəssüflər olsun ki, bu gün ikili standartların tətbiqi bəzi böyük dövlətlər, eləcə də Avropa İttifaqı üçün adi hala çevrilib. Azərbaycan özü ilə bu cür davranmağa heç kimə icazə verməyəcəyini də artıq dəfələrlə nümayiş etdirib.
partiyanın üzvü tərəfindən irəli sürməsi təəssüf doğuran bir haldır.
Bununla belə, cənab Prezident İlham Əliyev keçən il Berlinə səfəri zamanı Almaniya Kansleri ilə görüşündə iqtisadi əməkdaşlıq məsələlərinin də müzakirə olunduğunu qeyd etdi və Kansler Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini də vurğuladı.
Bütün bunlar, əlbəttə ki, iki ölkə arasında əlaqələrin genişləndirilməsi və dərinləşməsi üçün zəmin rolunu oynaya bilər”.
Gununsesi.info