DÇ-2018-in seçmə mərhələsi çərçivəsində 2017-ci il martın 26-da Bakıda keçiriləcək Azərbaycan – Almaniya oyunu Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) Gununsesi.info-ya verilən məlumata görə, daha əvvəl bu oyunun Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulsa da, İslam Həmrəyliyi Oyunları ilə əlaqədar BOS-da müvafiq təşkilati işlərin həyata keçiriləcəyi nəzərə alınaraq, Azərbaycan – Almaniya qarşılaşmasının Tofiq Bəhramov adına Respublika stadionunda təşkili qərara alınıb və bununla bağlı AFFA tərəfindən UEFA-ya müvafiq qaydada müraciət ünvanlanıb.
Anar
Gununsesi.info