Azərbaycan–Almaniya oyununun biletləri satışa çıxarıldı

  • By admin
  • 01 Fevral 2017 11:49

fifa-2018

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan–Almaniya oyununun biletləri fevralın 1-dən satışa çıxarılıb.

Gununsesi.info xəbər verir ki, biletləri “28 Mall” Ticarət Mərkəzi, “Bakcell” Müştəri Xidmətləri Mərkəzi (metronun Sahil stansiyasının yaxınlığı), Tofiq Bəhramov adına Respublika stadionunun kassaları və “Park Bulvar” Ticarət Mərkəzindən əldə etmək mümkündür. Həmçinin biletlərin online satışı www.tickets.affa.az saytında da həyata keçirilir.

Kateqoriyalardan asılı olaraq biletlərin qiyməti 2, 5, 9, 14 və 19 manat təşkil edir. VİP biletləri isə 50 manata əldə etmək olar.

Azərbaycan-Almaniya oyunu martın 26-da saat 20:00-da start götürəcək.

Gununsesi.info