Azərbaycan – Almaniya oyununun biletlərinin onlayn satışı başladı

  • By admin
  • 10 Yanvar 2017 11:48

bilet

Azərbaycan – Almaniya oyununun biletlərinin onlayn satışı başlayıb.

Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi saytına istinadən xəbər verir ki, FİFA-2018 Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində martın 26-da, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyununun biletlərinin onlayn satışı bu gündən etibarən başlayır.

Biletləri tickets.affa.az ünvanından əldə etmək olar.

Biletlərin kassalarda satışı fevralın 1-dən etibarən həyata keçiriləcək.

Anar
Gununsesi.info