Azərbaycan Almaniyadakı Səfirliyində də səsvermə başlayıb

  • By Mayil
  • 26 Sentyabr 2016 12:00
sefir 
Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyində səsvermə başlayıb.
Bu barədə Gununsesi.info-ya Azərbaycanın Almaniyadakəı səfirliyindən  daxil olan məlumatda bildirilir.
 
Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı Azərbaycan Respublikasında keçirilən ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində yaradılmış 17 saylı Yasamal üçüncü seçki dairəsinin 32 saylı referendum məntəqəsi  bugün yerli vaxtla 08:00-da səsverməyə açılıb.
Məntəqədə Almaniyada daimi və müvəqqəti yaşayan vətəndaşlarımızın səsvermə hüquqlarının həyata keçirilməsi üçün tələb olunan bütün zəruri hazırlıq işləri görülüb, səsvermənin azad və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb.
Səsvermə yerli vaxtla saat 19:00-da başa çatacaq. 
Mürtəza
Gununsesi.info