“Azərbaycan aprel döyüşləri zamanı uğur qazanıb”- MƏŞHUR EKSPERT ERMƏNİ JURNALİSTLƏRİ SUSDURDU

“Azərbaycan aprel döyüşləri zamanı uğur qazanıb”

Azərbaycan aprel döyüşləri zamanı uğur qazanıb. Ölkədə böyük vətənpərvərlik hissi yaradıb, xalq rəhbərliyin ətrafında sıx birləşib.

Gununsesi.info xəzərxəbər-ə istinadən xəbər verir ki, bu sözləri Cənubi Qafqaz Üzrə Ekspert Tomas De Vaal Ermənistanin 1in.am saytına müsahibəsində deyib. De Vaal erməni jurnalistlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərəzli suallarına da ədalətə söykənən cavablar verib.

Azərbaycanlılar torpaqlarını, evlərini itirib, buna görə də status-kvo Azərbaycan üçün sərfəli deyil. Ermənistanin 1in.am saytina müsahibəsində ”Karnegi” fondunun böyük elmi işçisi, Cənubi Qafqaz üzrə ekspert Tomas de Vaal bir çox mətləblərə toxunub. Ekspert 2016-ci ilin aprel döyüşlərindən sonra təmas xəttinin daha da hərbiləşdirildiyini bildirib. O, Azərbaycanın mövcud vəziyyətlə barışmayacağını da vurğulayıb.

Gələcəkdə danışıqlar prosesində irəliləyiş əldə ediləcəyinə toxunan ekspert münaqişənin yekun nizamlanmasını təsvir edib.

De Vaal, Azərbaycanın hərbi ritorikasının Ermənistan hakim dairələrini və erməni ictimaiyyətini də təşvişə saldığını, hətta məhv etdiyini deyib.

Gununsesi.info

COMMENTS