Azərbaycan Avropa Məhkəməsinin hansı qərarlarını icra etmir? - HESABAT

  • By admin
  • 07 Aprel 2023 12:59

Xəbər verdiyimiz kimi, Avropa Şurası Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icra vəziyyətinə dair hesabat yayıb.

Gununsesi.info-nun xəbərinə görə, 2022-ci ili əhatə edən  hesabatda Azərbaycanla bağlı tənqidlər  yer alıb.

Sənəddə bildirilir ki, həllini gözləyən 285 iş var: “Təkcə, 2022-ci ildə Avropa Məhkəməsindən Nazirlər Komitəsinə 49 iş daxil olub. Bunlardan 21-i əsas hallar kimi təsnif edilir. İcrası həyata keçirilməyən qərarların təhlili göstərir ki, əsasən həbs və həbsi ilə bağlı cəzalandırmaq və susdurmaq məqsədi ilə cinayət qanunundan sui-istifadə müəyyən edilmişdir. Onlar  ifadə azadlığı ilə bağlı yeddi qrup, üç qrupla əlaqədar ərizəçinin yaxın qohumlarının ölümləri və ya onlarla pis rəftar edilməsi,  toplaşmaq və birləşmək azadlığı ilə bağlı iki qrup üzrə səmərəli araşdırmaların olmamasıdır.

Afət Abbasova

Gununsesi.info