Azərbaycan Avropa Məhkəməsinin qərarlarını necə icra edir? - NAZİRLƏR KOMİTƏSİ AÇIQLADI

  • By admin
  • 15 Mart 2024 14:28

Avropa Şurası Nazirlər Komitəsinin Avropa İnsan Hüquqları Məhkəməsini  qərarlarının icrasına dair rüblük iclasının yekunları üzrə qərarları elan edib.

Avropa Şurasından Gununsesi.info-nun elektron poçtuna daxil olan qərarda Azərbaycanıa bağlı da bölüm var.

Nazirlər Komitəsi müəyyən edib ki, Azərbaycan Avropa Məhkəməsinin bir çox qərarlarını icra etməyib.

Bu işlər içərisində  Macarıstanda erməni zabitini öldürməkdə təqsirli bilinən Ramil Səfərovla bağlı Avropa Məhkəməsinin Azərbaycan dövlətinin üzərinə qoyduğu öhdəlik də var.

Nazirlər Komitəsi qeyd edib ki, məhkəmənin qərarı 2020-ci ilin oktyabrında qanuni qüvvəyə minsə də, hələ də heç bir fərdi tədbir görülməyib.

Nazirlər Komitəsinin qərarında növbəti məsələlər isə “Qafqaz Məmmədov qrupu” və “Məmmədli qrupu”na aid qərarlardan söhbət gedir.

 

Elmar Elnuroğlu