Azərbaycan Avropa Şurasının İşgəncələrə Qarşı Mübarizə Komitəsi ilə əməkdaşlıqdan imtina edib

 

Avropa Şurasının İşgəncələrə Qarşı Mübarizə Komitəsi (İQMK) Azərbaycanla bağlı  bəyanat yayıb.

Avropa Şurasından Gununsesi.info-nun elektron poçtuna göndərilən məlumatda deyilir ki, açıq bəyanatla çıxış etmək üçün bu müstəsna qərarın səbəbi Azərbaycan hakimiyyətinin komitə ilə əməkdaşlıqdan qəti şəkildə imtina etməsidir.

Bəyanatda qeyd edilib ki, İQMK qurumun əsas məqsədini təşkil edən məsələləri həll etmək üçün Azərbaycan hakimiyyəti ilə konstruktiv dialoq aparmağa həqiqi cəhdlər göstərib.

İQMK öz səfərləri barədə hesabatlarında ətraflı şəkildə polis əməkdaşları tərəfindən ağır rəftar və hətta işgəncə faktları ilə bağlı iddialar aldığını bildirib.

Sənəddə vurğulanır ki,  Azərbaycan Daxili İşlər Nazirliyi komitənin bu cür təcrübələrə son qoyulması ilə bağlı çoxdankı tövsiyələrinin yerinə yetirilməsi üçün heç bir tədbir görməyib.

Bəyanatda həmçinin qeyd edilib ki, komitə prezidentlərinin Bakıda yüksək səviyyəli danışıqlar aparmaq yolu ilə dialoqu təşviq etmək və hətta Azərbaycan hakimiyyətinə səfər barədə xəbərdarlıqdan sonra da sorğularına heç bir cavab almayıb. Bəyanat müəlliflərinin fikrincə, bu, Konvensiyanın fundamental və misli görünməmiş pozulması deməkdir”.

Daxili İşlər Nazirliyi bəyanata münasibət bildirməyib.

Elmar

Gununsesi.info