Azərbaycan azarkeşləri Premyer Liqasız qala bilər – AÇIQLAMA

Dünyanın ən baxımlı futbol çempionatı olan İngiltərə Premyer Liqasını bu mövsüm Azərbaycan tamaşaçıları televiziya ekranlarından izləməyə bilər.

Gununsesi.info-nun xəbərinə görə, son illər bu çempionatı daim tamaşaçılara çatdıran “İdman TV” müəyyən səbəblərdən Premyer Liqanın yayım hüququnu almaqda çətinlik çəkir.

HTML tutorial

Məsələ ilə bağlı “İdman TV”nin direktoru Rövşən Binnətli ilə əlaqə saxladıq. O, bu həftə bu məsələnin tam dəqiqləşəcəyini bildirib:

“Bu həftə telekanalın Premyer Liqanı verib-verməyəcəyi dəqiq bilinəcək. Hələ ki, ümid var”.

Rövşən Binnətli onu da bildirib ki, əvvəlki iki mövsümü 1+1 şərtli müqavilə ilə alıblar. O, kommersiya sirri olduğundan bir mövsümlük yayımın neçəyə başa gəldiyini demək istəməyib.

Azərbaycanda fəaliyyət göstərən ikinci idman telekanalı “CBC Sport” isə bu yayımla maraqlanmayıb. Bu barədə saytımıza telekanalın baş redaktoru Şəmsəddin Abbasov deyib.

Qeyd edək ki, İngiltərə Premyer Liqası avqustun 13-də “Brentford” – “Arsenal” görüşü ilə start götürəcək. Bu matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xatırladaq ki, ötən mövsüm “İdman TV” İngiltərə Premyer Liqasının görüşlərini canlı versə də, may ayından etibarən son turun matçları göstərilməyib.

Gununsesi.info