Azərbaycan Basketbol Liqası: “Neftçi” “Şəki”ni məğlub edib

  • By ilhame
  • 28 Yanvar 2024 15:00

Azərbacan Basketbol Liqasında XII tur başa çatıb.

 

Gununsesi.info xəbər verir ki, sonuncu matçda “Neftçi” “Şəki”nin qonağı olub.

 

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 72:65.

 

Xallarının sayını 20-yə çatdıran “Neftçi” 4-cü pillədə qərarlaşıb. Meydan sahibləri 15 xalla 9-cu yerdədir.

 

XII turda “Xəzri” “Cəbrayıl”ı (100:81), “Xırdalan” “Sabah”ı (107:103), “Sərhədçi” “Sumqayıt”ı (91:63), “NTD-İndiqo” “Gəncə”ni (94:80) məğlub edib.

Gununsesi.info