Azərbaycan Basketbol Liqası: “NTD-İndiqo” liderlərə çatıb

  • By ilhame
  • 27 Yanvar 2024 16:09

Azərbaycan Basketbol Liqasında XII turun daha bir oyunu keçirilib.

 

Gununsesi.info xəbər verir ki, günün yeganə matçında “NTD-İndiqo” “Gəncə”nin qonağı olub.

 

Qarşılaşma Xaçmaz klubunun qələbəsi ilə yekunlaşıb – 94:80. Xallarının sayını 22-yə çatdıran “NTD-İndiqo” liderlər qrupundakı “Sabah” və “Xəzri”yə çatıb. Meydan sahibləri isə 14 xalla 9-cu sıradadır.

 

Qeyd edək ki, tura yanvarın 28-də baş tutacaq “Şəki” – “Neftçi” görüşü ilə yekun vurulacaq. Daha əvvəl “Xəzri” “Cəbrayıl”ı (100:81), “Xırdalan” “Sabah”ı (107:103), “Sərhədçi” isə “Sumqayıt”ı (91:63) məğlub edib.

Gununsesi.info