Azərbaycan Basketbol Liqası: “Sabah” vahid lider olub

  • By ilhame
  • 21 Yanvar 2024 16:48

Azərbaycan Basketbol Liqasında XI tura yekun vurulub.

Gununsesi.info-nun məlumatına görə, sonuncu matçda “Sabah” “NTD-İndiqo”nun qonağı olub.

Xaçmazdakı qarşılaşma paytaxt təmsilçisinin 83:79 hesablı qələbəsi ilə bitib.

Bu nəticədən sonra “Sabah” çempionatın vahid lideridir. Meydan sahibləri isə 20 xalla ikinci sırada qərarlaşıb.

 

Gununsesi.info