Azərbaycan Basketbol Liqasında XV tura yekun vurulub.
Gununsesi.info xəbər verir ki, sonuncu matç Şəkidə gerçəkləşib.
Şəhərin eyniadlı komandası “Sumqayıt”ı qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə bitib – 98:83.
Bu nəticədən sonra 20-ci xalını qazanan “gənclik şəhəri” təmsilçisi 7-ci sıradakı “Cəlilabad”a çatıb. “Şəki” 15 xalla sonuncudur.
Qeyd edək ki, XV turda “Neftçi” “Gəncə”ni (97:62), “NTD İndiqo” “Sərhədçi”ni (84:74), “Xəzri” “Xırdalan”ı (108:82), “Sabah” “Cəlilabad”ı (90:76) məğlub edib.
Gununsesi.info