Azərbaycan basketbol millisi Kosovo ilə oyun öncəsi son məşqinə çıxıb

  • By ilhame
  • 24 Fevral 2024 19:15

“Sərhədçi” İdman Mərkəzində Azərbaycanın kişilərdən ibarət basketbol millisi Kosovo ilə oyun öncəsi sonuncu məşqini keçirib.

“Federasiyadan Gununsesi.info-ya verilən məlumata görə, Tahir Baxşıyevin rəhbərlik etdiyi komandanın sonuncu məşqi Kosovo yığmasına özəl hazırlanmış taktiki hücum və müdafiə sistemlərinin tətbiqi ilə yekunlaşıb.

Qeyd edək ki, Kosovo ilə oyun fevralın 25-də, saat 14:00-da “Sərhədçi” İdman Mərkəzində baş tutacaq.

Gununsesi.info