Azərbaycan Beynəlxalq Bankı mükafatlandırılıb

  • By admin
  • 24 May 2017 21:36

6f985b0c-6d2d-40dd-b067-d12be54f6b77_292

 

“MasterCard” beynəlxalq ödəniş şirkəti Azərbaycan Beynəlxalq Bankına (ABB) mükafat verib. ABB nağdsız əməliyyat dövriyyəsi ən yüksək olan bank nominasiyası üzrə sertifikata layiq görülüb.

“Report” bu barədə banka istinadən xəbər verir.

Aktiv ödəniş kartlarının sayı hazırda 1 mln. 300 mindən çox olan bankın 763 ATM-i fəaliyyətdədir. Bu, Azərbaycanda ən böyük ATM şəbəkəsidir. Bundan başqa, müxtəlif ticarət və xidmət mərkəzlərində Azərbaycan Beynəlxalq Bankının 11 300 POS terminalı müştərilərin istifadəsindədir.

“ABB nağdsız ödəniş ənənələrini ilk dəfə ölkəyə gətirən və bu ənənələrin daim inkişafına dəstək verən banklardandır. Elektron xidmət infrastrukturunu inkişaf etdirməklə ABB ölkədə nağdsız ödənişlərin genişlənməsinə töhfə verməyə çalışır. “VİSA PayWave” və “Mastercard PayPass” ödəniş texnologiyalarını dəstəkləyən təmassız ödəniş kartlarını ölkədə ilk dəfə olaraq məhz ABB tətbiq etməyə başlayıb.

Eyni zamanda, “VİSA İnternational” şirkəti ilə müştərək şəkildə müştərilər üçün “Sıfır məsuliyyət” (Zero liability) siyasətinin ölkəmizdə ilk dəfə tətbiqi də məhz Azərbaycan Beynəlxalq Bankına məxsusdur.”

 

 

Gununsesi.info