
“Böyük Britaniyanın “World University Ranking” nəşri 2023-cü ildə dünyanın ən yaxşı universitetlərinin reytinqini dərc edib.
Gununsesi.info-nun xəbərinə görə, reytinqə Qazaxıstanın 9 şəhərindən 21 universitet daxil olub.
Amma 30 ildir müstəqil olan Azərbaycanın bir universiteti belə bu siyahıya daxil ola bilməyib.
Deputat Fazil Mustafa isə bildirib ki, buna səbəb universitetlərimizdə təhsilin olmamasıdır: “Təhsil ocağı olması gərəkən yerlər tələbələrin cibinə baxır. Bu məsələlər müzakirə olunmalıdır”.
Şəbnəm
Gununsesi.info