Bakı İdman Sarayında gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi start götürüb.
Güləş Federasiyasından Gununsesi.info-ya verilən məlumata görə, yarışda klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 1997-1999-cu il təvəllüdlü idmançılar iştirak edir. İlk yarış günündə sərbəst güləş üzrə 205 pəhləvan mübarizə aparır.
Yarışların təntənəli açılış marasimi bu gün saat 17:00-da baş tutacaq, ardınca isə günün final görüşləri keçiriləcək.
Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunacaq və yığma komandanın heyətinə cəlb olunacaq.
Anar
Gununsesi.info