Azərbaycan BMT nümayəndələrini Qarabağa dəvət edib

  • By ilhame
  • 29 Sentyabr 2023 21:42

Azərbaycan BMT nümayəndələrini Qarabağa dəvət edib.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə “X” sosial hesabında qeyd edib.

“Səfər yaxın günlərdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin himayəsi altında Dayanıqlı İnkişaf üzrə BMT-Azərbaycan Əməkdaşlıq Çərçivəsinə (2021-2025) uyğun olaraq həyata keçiriləcək”, – paylaşımda bildirilir.

Gununsesi.info