Azərbaycan BMT qlobal dayanıqlı inkişaf proqramına çox həssaslıqla və ciddi yanaşaraq, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdədir.
Gununsesi. info xəbər verir ki, bunu Milli Məclisdə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında parlanmentin rolu” mövzusunda keçirilən konfransda baş nazirin müavini Əli Əhmədov deyib.
Onun sözlərinə görə, 2015-ci ildə BMT tərəfindən 2030-cu ilədək dünya ölkələrində insanların həyat şəraitinin yaxşılığa doğru dəyişməsi məqsədi ilə qlobal dayanıqlı inkişaf proqramı qəbul edilib və Azərbaycan da bu proqrama qoşularaq üzərinə müəyyən öhdəliklər götürüb.
O bildirib ki, bu proqramın əsas mahiyyəti 2030-cu ilədək dünya ölkələrinin pozitiv inkişafının təmin olunmasını təmin etməkdir. Bu sənəddə eyni zamanda, dünyada ekoloji tarazlığın təmin olunması məsələsi də öz əksini tapıb: “Azərbaycan da bu proqrama qoşularaq öz üzərinə öhdəliklər götürüb. Çünki Azərbaycan bu proqramda əksini tapan məsələlərə həssaslıqla və ciddi yanaşır. Məhz buna görə də Azərbaycan bu proqramın icrası ilə bağlı xüsusi institutsional qurum yaradıb və bura hökumətin yüksəkçinli məmurları cəlb olunub. Azərbaycan qarşıdakı müddətdə öz milli inkişaf strategiyasını qlobal dayanıqlı inkişafın məqsədləri ilə uyğunlaşdırılmalıdır”.
O əlavə edib ki, parlament də bu istiqamətdə öz töhfəsini verə bilər və verməkdədir.
Mürtəza
Gununsesi.info