Azərbaycan bodibildinqçisi Avropa çempionu oldu

Azərbaycan bodibildinqçisi Vüqar Verdiyev Avropa çempionu olub.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, o, İspaniyada keçirilən qitə çempionatında bu uğura nail olub.

HTML tutorial

Verdiyev 45-49 yaşlıları arasında +80 kq çəkidə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Təmsilçimiz bununla da ikinci dəfə Avropa çempionu tituluna yiyələnib.

Qeyd edək ki, bodibildinq yarışlarında dəfələrlə Azərbaycan çempionu olan veteran idmançı müxtəlif vaxtlarda dünya çempionatının və beynəlxalq turnirlərin də mükafatlarını qazanıb.

Gununsesi.info